featured-image-15862

Azərbaycanı İsraildə keçiriləcək dünya çempionatında təmsil edəcək şahmatçıların adına aydınlıq gəlib.

Msport.az xəbər verir ki, Azərbaycan Şahmat Federasiyası bunun üçün seçim turniri təşkil edib.

Turnirdə Qədir Hüseynov, Rauf Məmmədov, Nicat Abasov, Vasif Durarbəyli, Misrətdin İskəndərov, Vüqar Əsədli, Məhəmməd Muradlı və Aydın Süleymanlı iştirak ediblər.

Seçim turnirinin nəticələrinə əsasən, Süleymanlı qalib olub. Hüseynov ikinci yeri tutub. Əsədli və Məmmədov isə yarışı 3-4-cü yerlərdə başa vurub.

Beləliklə, federasiyadan verilən məlumata görə, Aydın Süleymanlı, Qədir Hüseynov, Vüqar Əsədli və Rauf Məmmədov rapid üzrə yığmanın heyətində mundialda iştirak edəcək. 19-26 noyabrda keçiriləcək dünya çempionatında Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov da millinin şərəfini qoruyacaq.

Bənzər xəbərlər