featured-image-45612

Bolqarıstan milli komandası “FIFA series – Edition 2024” layihəsi çərçivəsində Bakıda Azərbaycan yığması ilə 1:1 hesabı ilə heç-heçə edib.

Msport.az xəbər verir ki, qonaqların baş məşqçisi İliyan İliyev komandasının şansları dəyərləndirmədiyini bildirib:

“Azərbaycan elə komandadır ki, meydanın 3-cü zonasında daxil olanda təhlükə yarada bilən futbolçuları var. Oyunda son nöqtəni qoya biləcəyimiz epizodlarımız var idi. Son anda bərabərliyi təmin etdilər, lakin bu, bizim pozitivliyimizə mane ola bilməz.

Boşluqlardan yaxşı istifadə edirdik, ancaq topla oynayanda özümüzə daha çox inamımız olmalıdır. Son dəqiqələrdə yorulduq. Qoldan sonra oyunun taleyini həll etmək üçün 3-4 epizodumuz oldu. Amma alınmadı. Qol vəziyyətlərini yara bilməyimiz də, yaxşı göstəricidir. Rəqib oyunun sonunda çox riskə getdi. Əgər istədiyimizi – sürətli əks-hücumları reallaşdıra bilsəydik, hesab belə olmayacaqdı.

Azərbaycan bir neçə ay əvvəl İsveçi 3:0 hesabı ilə məğlub etmişdi. Bu, təsadüf deyil”

Bənzər xəbərlər