“Azərbaycanla oyunda özümüzü pis vəziyyətdə qoyduq”
Erkən qollar buraxaraq Azərbaycanın işini asanlaşdırdıq”.
Msport.az xəbər verir ki, bunu İsveç yığmasının futbolçusu Emil Forsberq Azərbaycan millisinə 0:3 hesabı ilə məğlub olduqları AVRO-2024-ün seçmə mərhələsinin oyunu barədə danışarkən deyib.
32 yaşlı yarımmüdafiəçi Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan görüşü zəif keçirdiklərini etiraf edib: “6-cı dəqiqədə 0:2 hesabı ilə geri düşərək, özümüzü pis vəziyyətdə qoyduq. Həmin anlarda rəqibə təzyiq etmədik. Bu nəticə böyük məyusluq yaratdı. Kifayət qədər yaxşı deyildik. Hətta fasilədə vəziyyəti kökündən dəyişəcəyimizə söz verdik. Lakin Azərbaycana təzyiq göstərə bilmədik. Millidə keçirdiyim ən pis matçlardan biri idi. Çünki çox sadə oynadıq”.
Qeyd edək ki, F qrupunda yer alan İsveç və Azərbaycan milliləri hərəyə 7 xalla müvafiq olaraq 3-4-cü pillələrdə qərarlaşıblar. Seçmə mərhələnin son turunda yığmamız Belçikanın qonağı olacaq, skandinavlar isə Estoniyanı qəbul edəcəklər. Hər iki matç noyabrın 19-da keçiriləcək.