featured-image-48802

Türkiyənin qadınlardan ibarət futbol yığmasının hücumçusu Birgül Sadıkoğlu Millətlər Liqasının B1 qrupunda Azərbaycan yığmasına qarşı Ərzincanda (31 may) və Bakıda (4 iyun) keçirəcəkləri oyunlardan danışıb.

Sportal.az xəbər verir ki, TFF-yə danışan Birgül matçlardan gözləntilərini bölüşüb:

“Bizi Azərbaycanla iki oyun gözləyir. Azərbaycanla oyunları xal itirmədən başa vurub hədəfimizə,  turnirin pley-off mərhələsinə doğru irəliləməkdə davam etmək istəyirik. Ümid edirəm ki, stadionun tribunaları dolacaq. Elazığ və Çorumda keçirilən görüşlərimizdə tamaşaçı sayına görə rekordlar qırılıb. İndi Ərzincanda yeni rekordu gözləyirik. Düşünürəm ki, Azərbaycanla görüşdə birlikdə qalib gələcəyik”.

Bənzər xəbərlər