Azərbaycanlı futbolçu 30 yaşında futbolla vidalaşdı
Azərbaycanlı futbolçu Vüqar Bəybalayev peşəkar karyerasını başa vurub.
Msport.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi bu barədə feysbuk hesabından paylaşım edib.
Qeyd edək ki, “Bakı”nın yetirməsi olan Vüqar Bəybalayev karyerası ərzində “Turan Tovuz”, “Rəvan”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Sumqayıt”, “Səbail”, “Televi” (Gürcüstan) və “İrəvan”ın formasını geyinib.