“Azərbaycanlı futbolçular fərdi baxımdan çox yaxşı oynayırlar”
“Linsdəki ilk matçda gördük ki, azərbaycanlı futbolçular fərdi baxımdan çox yaxşı oynayırlar”.
Msporta.az xəbər verir ki, bu sözləri Avstriya millisinin idman direktoru Peter Şettel AVRO-2024-ün seçmə mərhələsində Bakıda Azərbaycana qarşı keçirəcəkləri oyunla bağlı danışarkən deyib.
Federasiya rəsmisi səfər matçında yaxşı nəticəyə ümid etdiyini bildirib: “Belçika ilə son görüşdə (2:3) komanda şəklində özümüzü yaxşı tərəfdən göstərdik. Bakıda mütləq layiq olduğumuz qələbəyə nail olacağıq. Rəqib yaxşı komandadır, amma biz daha güclüyük”.
Qeyd edək ki, oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.
Azərbaycan millisi 5 oyundan 4 xalla qrupda 4-cü, Avstriya 6 matçdan 13 xalla 2-ci yeri tutur.