featured-image-65412

Azərbaycanlı FIFA referisi Kamal Umudlu 17 yaşadək futbolçular arasında Avropa çempionatının oyununu idarə edib.

Msport.az xəbər verir ki, o, A qrupunun II turunun Albaniya – Almaniya matçında iş başında olub.

Elbasan şəhərinin eyniadlı stadionunda təşkil olunan görüş qonaq komandanın 4:0 hesablı qələbəsi ilə başa çatıb. Umudlu həm Albaniya, həm də Almaniya yığmasının 2 futbolçusuna sarı vərəqə göstərib. 85-ci dəqiqədə isə ev sahiblərinin qapısına penalti təyin edib.

Qeyd edək ki, Kamal Umudlu Avropa çempionatının final mərhələsinə ehtiyat hakim kimi təyinat almışdı. Ümumi siyahıdakı baş hakimlərdən biri zədələndiyindən Albaniya – Almaniya matçının baş hakimi olub.

Bənzər xəbərlər