featured-image-37846

Azərbaycanlı FİFA referisi Babək Quliyev UEFA-dan təyinat alıb.

Msport.az xəbər verir ki, 49 yaşlı ədalət təmsilçisi ilk dəfə beynəlxalq oyunda hakim-inspektor funskiyasını yerinə yetirəcək.

Quliyev 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələ matçında iş başında olacaq. O, Şimali Makedoniya – Polşa qarşılaşmasında çexiyalı hakim Tomas Klimanın işinə qiymət verəcək.

Qeyd edək ki, oktyabrın 11-də Polşadakı Torun şəhərində gerçəkləşəcək görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Bənzər xəbərlər