featured-image-41138

“Məni Azərbaycanda heç nə narahat etmir. Buranın yeməklərindən, havasından və Bakı şəhərindən zövq alıram”.

Msport.az xəbər verir ki, bu sözləri “Neftçi”nin futbolçusu Reziuan Mirzov Azərbaycandakı həyat tərzi barədə Rusiya mətbuatına müsahibəsində deyib.

30 yaşlı yarımmüdafiəçi komandada isti qarşılandığını bildirib: “Amma formaya düşmək bir qədər çətin oldu. Yavaş-yavaş düzəlirəm. Ümid edirəm ki, qış təlim-məşq toplanışından sonra daha yaxşı vəziyyətdə olacağam”.

Futbolçu Bakının onu təəccübləndirdiyini söyləyib: “Bakı nağıl kimi bir şəhərdir. Hava çox sərin və təmizdir. Demək olar ki, həmişə 20 dərəcə isti olur. Biz burada hələ də şortda məşq edirik. Moskvada isə sözsüz ki, hava daha soyuqdur”.

Baş məşqçisi Adrian Mutu barədə də danışan təcrübəli oyunçu rumıniyalı çalışdırıcının perspektivli mütəxəssis olduğunu vurğulayıb: “Onunla işləmək maraqlıdır. Məni “Neftçi”yə keçməyə məhz o inandırdı. Mutu kimi məşqçi səni komandasında görmək istədiyini deyirsə, nə edə bilərsən? Dərhal əşyalarımı yığıb Bakıya uçdum”.

Qeyd edək ki, Reziuan Mirzov “Neftçi” ilə 1 illik müqavilə bağlayıb.

Bənzər xəbərlər