featured-image-82724

Oktyabrda Azərbaycanda keçiriləcək U-15-lər arasında dünya çempionatının bütün iştirakçıları müəyyənləşib.

Msport.az xəbər verir ki, artıq qrupların tərkibi də bəllidir.

FIFA-ya üzv olan 191 milli assosiasiyanın komandası 32 qrupa bölünüb. Bakıda 6 yarış günü ərzində 20 meydançada ümumilikdə 943 oyun keçiriləcək.

Oyunlar 8-in-8-ə formatında, hər biri 20 dəqiqəlik iki hissədən və aradakı 5 dəqiqəlik fasilədən ibarət şəkildə baş tutacaq. Meydançaların ölçüləri 68×50 metr olacaq və oyun ərzində limitsiz əvəzetmələrə icazə veriləcək.

Azərbaycan millisi yarışın sonuncu – AF qrupunda qərarlaşıb. Komandamız Andorra, Avstraliya, Haiti, İsrail və Timor-Leste kollektivləri ilə mübarizə aparacaq.

Bənzər xəbərlər