Bakıda məşqçi kursu
Bakıda UEFA-nın B kateqoriyalı məşqçi kursu keçiriləcək.
Msport.az xəbər verir ki, tədbir AFFA tərəfindən təşkil olunacaq.
Məşqçi kursu fevralın 5-dən 8-dək baş tutacaq. Beş moduldan ibarət olacaq kursun növbəti sessiyaları 4-7, 25-28 mart, 15-18 aprel və 6-10 may tarixlərində keçiriləcək.
Kursda iştirak etmək üçün ödənişin məbləği 1000 manatdı. Sənədlər yanvarın 31-dək qəbul olunacaq.