"Bakıda qiymətli xal qazandıq" – "Olimpiakos"un futbolçusu
“Avrokuboklarda oynayacağımı gözləmirdim. Hər şey çox qəfil baş verdi”.
Msport.az xəbər verir ki, bunu Yunanıstan “Olimpiakos”unun futbolçusu Andreas-Rixardos Ntoi Bakıda “Qarabağ”la heç-heçə etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunundan sonra mətbuat konfransında deyib.
Yarımmüdafiəçi meydanda bütün güclərini ortaya qoyduqlarını bildirib: “Qiymətli xal qazandıq. Növbəti hədəf çempionat oyununda qalib PAOK-a qalib gəlməkdir”.
Qeyd edək ki, “Qarabağ” – “Olimpiakos” matçı qolsuz başa çatıb.