Bakıda uduzdu, işdən çıxardılar
Litva millisinin baş məşqçisi Edqaras Yankauskas istefaya göndərilib.
Msport.az xəbər verir ki, bu barədə yerli futbol federasiyasının mətbuat xidməti məlumat yayıb.
51 yaşlı mütəxəssis 5 il bu postda işlədikdən sonra onunla müqaviləyə xitam verilib.
Litva komandasının UEFA Millətlər Liqasında Azərbaycan yığmasına 0:1 hesablı məğlubiyyəti ona baha başa gəlib.







