featured-image-85093

“Benfika”nın yunanıstanlı hücumçusu Vangelis Pavlidis “Mançester Yunayted”in transfer siyahısına daxil edilib.

Msport.az xəbər verir ki, “qırmızı şeytanlar”ın baş məşqçisi Maurisio Poçettino 27 yaşlı forvardın oyun üslubunu çox bəyənir və onun yanvar transfer pəncərəsində heyətə cəlb olunmasını istəyir.

Cari mövsümdə “Benfika”nın heyətində meydana çıxdığı 19 rəsmi matçda 19 qola imza atan təcrübəli hücumçu möhtəşəm məhsuldarlığı ilə diqqət mərkəzinə düşüb.

Qeyd edək ki, Yunanıstan milli komandasının üzvünün Lissabon təmsilçisi ilə müqaviləsində 100 milyon avroluq sərbəstqalma (təzminat) məbləği nəzərdə tutulub.

Bənzər xəbərlər