featured-image-85109

UEFA Millətlər Liqasında 1/4 final mərhələsinin püşkü atılıb.

Msport.az xəbər verir ki, yarımfinala vəsiqə uğrunda ən maraqlı oyun son dünya çempionu İspaniya ilə Fransa arasında keçiriləcək.

1/4 final mərhələsində üz-üzə gələcək komandalar: 

İspaniya- Fransa

Norveç – İngiltərə

Niderland – Portuqaliya

Belçika – Almaniya

Niderland – Portuqaliya cütünün qalibi yarımfinalda İspaniya – Fransa cütünün güclüsü ilə üz-üzə gələcək. Belçika – Almaniya mübarizəsinin qalibi isə Norveç-İngiltərə cütündə qalib gələn komanda ilə qarşılaşacaq.

1/4 final mərhələsinin ilk oyunları gələn il martın 25-27-də, cavab matçları isə martın 28-30-da keçiriləcək. Yarımfinal görüşləri iyunun 9-10-da olacaq. 3-cü yer uğurunda oyun və final iyunun 13-də baş tutacaq.

Bənzər xəbərlər