Bakıda UEFA-nın dəstəyi ilə məşqçi kursu başladı
AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyilə keçirilən D kateqoriyalı məşqçi kurslarına start verilib.
Msport.az xəbər verir ki, milli assosiasiyanın inzibati binasında təşkil edilən və üç gün davam edəcək tədbirə 25 nəfər cəlb olunub.
AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov iştirakçılara kursun mahiyyəti haqqında ümumi məlumat verib, onlara uğurlar arzulayıb.
AFFA-nın məşqçi kurslarının təlimatçısı İlham Əzizzadə və Dəyanət Əliyev tərəfindən ilkin futbol bilikləri haqqında məlumat verilib.