featured-image-44726
AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək Gəncədə olub. Msport.az “Kəpəz”in rəsmi saytına istinadən xəbər verir ki, o, Gəncə  klubunun məşqçi və futbolçu heyəti ilə görüşüb.
Komitə sədri oyun qaydaları ilə bağlı seminar keçib. Hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında ətraflı məlumat verib. Müxtəlif matçlardan seçilmiş ayrı-ayrı epizodlar müzakirə edilib. Penalti vəziyyətlərdən və qayda pozuntularına görə göstərilən vərəqələrdən bəhs olunub.
Sonra seminar sual-cavab formasında davam edib.

Bənzər xəbərlər