Barış Şimşekə növbəti təyinat
AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşek UEFA tərəfindən növbəti təyinat alıb.
Msport.az xəbər verir ki, o, UEFA Avropa Konfrans Liqasının qrup mərhələsində keçiriləcək “Bodo Qlimt” (Norveç) – “Luqano” (İsveçrə) oyununun hakim-inspektoru olacaq.
Qeyd edək ki, qarşılaşma noyabrın 30-da baş tutacaq.







