featured-image-77109

Markus Reşfordun “Barselona”dakı vəziyyəti kəskin şəkildə dəyişib.

Msport.az xəbər verir ki, Kataloniya təmsilçisi 28 yaşlı hücumçunun 30 milyon avroluq alış seçimini aktivləşdirməkdə o qədər də əmin deyil.

İspaniya klubunda icarə əsasında çıxış edən forvard müqavilə ilə “Mançester Yunayted”ə məxsusdur.

“Barselona” oyunçunun hazırkı performansını nəzərə alaraq bu məbləğin çox olduğunu düşünür. O, son 16 oyunda cəmi iki qolla yadda qalıb. Buna baxmayaraq, qərar hələlik verilməyib. İdman direktoru Deku və baş məşqçi Hans-Diter Flik bu məsələni müzakirə edəcəklər.

Qeyd edək ki, Markus Reşford ötən ilin yayında icarə əsasında “Barselona”ya keçib.

Bənzər xəbərlər