“Beşiktaş” qalib gəldi, Duran yenə fərqləndi
UEFA Avropa Liqasının Liqa mərhələsində 5-ci turun oyunları keçirilib.
Msport.az xəbər verir ki, turun bütün 18 görüşü bu gecə olub.
“Beşiktaş” srailin “Hapoel” (Beer-Şeva) komandası ilə oyunu Gürcüstanın Batumi şəhərində keçirilib. Tribunalardakı iğtişaş səbəbindən oyunda bir neçə dəqiqə fasilə yaranıb. İstanbul təmsilçisi qalmaqallı matçdan qalib ayrılıb – 2:1.
“Qarabağ”ın sabiq futbolçusu Kamilo Duranın formasını geyindiyi “Seltik” isə Portuqaliyada “Torreense”nin qonağı olub və qalib gəlib. Kamilo bu matçda 85-ci dəqiqədə fərqlənib.
“Milan” “Olimpiakos”la səfər oyununda 0:2 geridə olsa da, əzmkar qələbə qazanıb – 4:2.
UEFA Avropa Liqası
Liqa mərhələsi, 5-ci tur
26 noyabr
21:45. “Olimpiakos” (Yunanıstan) – “Milan” (İtaliya) – 2:4
Qollar: Menyan, 31-avtoqol, Silva, 49 – Hatçinson, 56, Sisse, 63, Pulişiç, 71, Moreyra, 90+5
21:45. “Olimpik” (Fransa) – “Levski” (Bolqarıstan) – 1:0
Qol: Quiri, 29-pen.
21:45. “Viktoriya” (Çexiya) – “Benfika” (Portuqaliya) – 4:0
Qollar: Xrosovski, 30, Adu, 43, Kabanqo, 44, 46
21:45. “Yunion” (Belçika) – “Lex” (Polşa) – 2:2
Qollar: Floruç, 54, Rodriqez, 66 – Aqnero, 15, Palma, 18
21:45. “Dinamo” (Xorvatiya) – “Bayer” (Almaniya) – 0:2
Qollar: Tillman, 10, Kuansa, 45
21:45. “Zalsburq” (Avstriya) – “Ararat-Armenia” (Ermənistan) – 2:0
Qollar: Mazurek, 48, Karle, 51-avtoqol
21:45. “Selta” (İspaniya) – “Bornmut” (İngiltərə) – 1:2
Qollar: Aspas, 19 – Rodriqez, 47, Rayan, 78
21:45. “Beşiktaş” (Türkiyə) – “Hapoel” (İsrail) – 2:1
Qollar: Olaytan, 75, Kökçü, 90 – East, 90+3







