“Barselona”dan 3 qollu qələbə - VİDEO
İspaniya La Liqasında XI turun matçları keçirilir.
Msport.az xəbər verir ki, “Barselona” “Elçe”ni qəbul edib.
Kataloniya təmsilçisi bu görüşdə rəqibinə qalib gəlib. “Barselona” 11 tur ərzində 25 xal toplayaraq 2-ci pilləyə yüksəlib və lider “Real”dan 5 xal geridədir. “Elçe” isə 14 xalla 9-cudur.
“Barselona” – “Elçe” – 3:1
Qollar: Yamal 9, Ferran Torres 11, Reşford 61 – Rafa Mir, 42







