featured-image-72253

“Nyukasl” “Barselona”da çıxış edən futbolçu Ferran Torresi heyətinə qatmaq üçün 75 milyon avro təklif edib.

Msport.az xəbər verir ki, 25 yaşlı hücumçunun cari mövsümdəki performansı Premyer Liqa komandasını cəlb edib.

Kataloniya təmsilçisinin prezidenti Xuan Laporta bu təklifə təəccüblənib. “Barselona” hazırda ciddi maliyyə çətinlikləri ilə üzləşib və büdcəni sabitləşdirmək üçün oyunçunu sata bilər.

Qeyd edək ki, Ferran Tores cari mövsüm meydana çıxdığı 17 matçda 9 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər