“Barselona” müdafiəçisini satır
“Barselona” müdafiəçisi Alexandro Balde ilə yolları ayırmağı planlaşdırır.
Msport.az xəbər verir ki, Kataloniya təmsilçisi ispaniyalı futbolçunu yanvarda icarəyə verməyi nəzərdən keçirmir və onun satışına ümid edir.
Klub qış “transfer pəncərəsi”ndə müdafiənin mərkəzini gücləndirmək niyyətindədir və yeni oyunçu almaq üçün lazımi vəsaiti 23 yaşlı müdafiəçinin gedişindən əldə etmək istəyir. “Benfika” və “Mançester Yunayted” gənc oyunçuya maraq göstərir.
Qeyd edək ki, cari mövsümdə bütün turnirlərdə cəmi 4 matça çıxan Alexandro Balde məhsuldar hərəkətlə yadda qalmayıb.







