Müdafiənin sol cinahına 5 namizəd - “Liverpul”da
“Liverpul” müdafiənin sol cinahını gücləndirmək niyyətindədir.
Msport.az xəbər verir ki, mersisayd təmsilçisinin rəhbərliyi qeyri-sabit çıxışı ilə diqqət çəkən Miloş Kerkeşə rəqabət yaradacaq futbolçu transfer etmək istəyir.
Klubun transfer siyahısına beş futbolçu daxil edilib. Bunlar “Nyukasl”dan Lyuis Holl, “İnter”dən Federiko Dimarko, “Brentford”dan Malik Diuf, “Real”dan Alvaro Karreras və “Sportinq”dən Maksimiliano Arauxodur.
Adıçəkilən futbolçuların transferi ilə bağlı danışıqlar artıq qış transfer pəncərəsində baş tuta bilər.
Qeyd edək ki, “Liverpul” İngiltərə Premyer Liqasının doqquz turundan sonra 15 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb.







