featured-image-82283

İspaniya La Liqasının IV turunda “Valensiya”ya qarşı matçda (5:0) “Barselona”nın müdafiəçisi Erik Qarsiyanın burnu sınıb.

Msport.az xəbər verir ki, ilk hissədə künc zərbəsi zamanı komanda yoldaşı Rodri ilə toqquşub.

Hadisədən sonra əvəzlənən müdafiəçinin cərrahi əməliyyata ehtiyacı olub-olmaması ilə bağlı yaxın vaxtlarda qərar veriləcək. Cərrahi müdaxiləyə gərək qalmazsa, o, məşqləri və oyunlarda iştirakını xüsusi qoruyucu maskada davam etdirə biləcək.

Xatırladaq ki, müdafiəçi analoji zədəni 2025-ci ilin noyabrında, UEFA Çempionlar Liqasının liqa mərhələsində “Brügge” ilə matçda (3:3) da alıb. Həmin vaxt əməliyyata ehtiyac duyulmayıb və futbolçu bir müddət qoruyucu maskada oynayıb.

“Barselona” növbəti oyununu sentyabrın 9-da Çempionlar Liqasının I turunda “Feyenoord”a qarşı keçirəcək.

Bənzər xəbərlər