“Barselona”nın Messi planı
“Barselona”nın prezidenti Joan Laporta hesab edir ki, komandanın keçmiş hücumçusu Lionel Messi təmir olunmuş “Nou Kamp” stadionunda abidəsinin qoyulmasına layiqdir.
Bu barədə prezident açıqlamasında bildirib.
“Leo Messi yeni stadionda heykəlinin qoyulmasına layiqdir. Dizaynı hazırlayacağıq, Messinin ailəsi ilə danışacağıq və əgər onlar razılaşsalar, davam edə bilərik”, – deyə insayder Fabrisio Romano sosial şəbəkəsində Laportanın sözlərini sitat gətirib.
Messi 2000-ci ildən 2021-ci ilə qədər Kataloniya klubunda oynayıb. Argentinalı futbolçu 778 matçda 672 qol vuraraq, “Barselona”nın bütün zamanlarda ən çox qol vuran oyunçusu olub. Messi “Qızıl top”u yeddi dəfə qazanıb.







