Luis Enrike yetirməsini PSJ-yə gətirmək istəyir
PSJ-nin baş məşqçisi Luis Enrike “Barselona”nın yarımmüdafiəçisi Qavini komandasının heyətində görmək istəyir.
Msport.az xəbər verir ki, Paris təmsilçisi ötən yay Ferran Torresi transfer etdikdən sonra Kataloniya klubunun daha bir futbolçusuna maraq göstərir.
Enrike Qavinin imkanlarına İspaniya millisində birlikdə çalışdıqları dövrdən yaxşı bələddir. Mütəxəssis daha əvvəl də yarımmüdafiəçinin PSJ-yə transferi variantını nəzərdən keçirib. Qavi Enrikenin rəhbərliyi altında əsas heyətdə yer qazanmaq və yenidən sabit oyun formasına qayıtmaq imkanı əldə edə bilər.
İspaniyalı futbolçu cari mövsümdə bütün turnirlərdə 7 qarşılaşmada iştirak edib. Onun “Barselona” ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.







