featured-image-84306

“Yuventus” Türkiyə millisinin futbolçusu Kenan Yıldızla yollarını ayırmaq məcburiyyətində qala bilər.

Msport.az xəbər verir ki, Turin klubunun maliyyə vəziyyəti 21 yaşlı hücumçunun gələn yay transfer edilməsini gündəmə gətirib.

“Yuventus”un transfer bazarında 70-80 milyon avro gəlir əldə etməsinə ehtiyac var. Klub bu məbləği bir neçə futbolçunu satmaqla və ya bir böyük transfer həyata keçirməklə təmin edə bilər.

Əgər “Yuventus” Yıldızı satsa, onun qiyməti təxminən 150 milyon avro olacaq. Hazırda “Arsenal” onunla daha çox maraqlanan klublardan biridir.

Qeyd edək ki, Kenan Yıldızın “Yuventus”la müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.

Bənzər xəbərlər