featured-image-71861

“Əl-Hilal”ın müdafiəçisi Joao Kanselo yenidən “Barselona”nın diqqət mərkəzinə düşüb.

Msport.az xəbər verir ki, portuqaliyalı futbolçu bir müddət əvvəl Avropaya qayıtmaq istədiyini etiraf etmişdi.

“Barselona” yaxın günlərdə onun mümkün transferi ilə bağlı vəziyyəti daha dərindən araşdırmağı planlaşdırır. Kanselo 2023/24 mövsümündə icarə əsasında kataloniyalıların heyətində çıxış edib. O, cari mövsümdə bütün turnirlərdə 4 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə verib.

31 yaşlı futbolçunun “Əl-Hilal”la müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

Bənzər xəbərlər