“Barselona”nın zədəli futbolçusu sağaldı
Mark-Andre ter Ştegen “Barselona”da ümumi komandaya qoşularaq məşqləri bərpa edib.
Msport.az xəbər verir ki, 33 yaşlı qolkiperin xidmətində bir neçə klub maraqlıdır.
“Barselona”nın heyətində əsas yerini itirən almaniyalı futbolçunun yanvarda komanda dəyişməsi istisna edilmir. O, bu mövsüm İspaniya La Liqasında hələ bir oyun belə, keçirməyib.
Ter Ştegenin “Barselona” ilə müqaviləsinin müddəti 2028-ci ilin yayında başa çatacaq.







