featured-image-71899

“Barselona” UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti ev oyununu yeni təmirdən çıxmış “Nou Kamp”da keçirəcək.

Msport.az xəbər verir ki, Kataloniya təmsilçisi V turda səfərdə “Çelsi” ilə qarşılaşacaq.

VI turda isə “Barselona” evdə “Ayntraxt”ı qəbul edəcək. Məhz bu matç klubun yeni təmirdən çıxan “Nou Kamp”da ilk avrokubok oyunu olacaq. Görüş dekabrın 9-da Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Qeyd edək ki, “Nou Kamp” stadionu 2023-cü ilin yayında rekonstruksiya üçün bağlanmışdı.

Bənzər xəbərlər