“Barselona” Rafinyanı satacaq
“Barselona”nın vingeri Rafinya Dias gələn yay klubu tərk edəcək.
Msport.az xəbər verir ki, kataloniyalılarla müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədər olan 29 yaşlı braziliyalı ulduz Səudiyyə Ərəbistanı Premyer Liqa klublarının hədəfindədir.
Klub rəhbərliyi qarşıdakı dünya çempionatından sonra Rafinyanı Səudiyyə Ərəbistanı klubuna satmağa razılaşacaq.







