“Barselona”, “Real”, “Liverpul”... - “Qarabağ”ın qabaqladığı nəhənglər
UEFA Çempionlar Liqasının ümumi mərhələsinin ilk turu başa çatıb.
Msport.az tur çərçivəsində 18 oyun keçirilib.
Təmsilçimiz “Qarabağ” səfərdə “Benfika”ya 3:2 hesabı ilə qalib gəlib. Klub növbəti oyununu Bakıda “Kopenhagen”ə qarşı keçirəcək. “Kopenhagen” ilk turda “Bayer”lə heç-heçə oynayıb – 2:2.
“Qalatasaray” “Qarabağ”ın bu turnirdə daha bir rəqibi ola “Ayntraxt”a acınacaqlı şəkildə məğlub olub – 1:5.
İlk turdan sonra ümumi mərhələnin turnir cədvəlinə qazandığı böyükhesablı qələbə hesabına məhz “Ayntraxt” başçılıq edir. “Qarabağ” cədvəldə 9-cu yerdə qərarlaşaraq, “Barselona”, “Real”, “Liverpul” kimi nəhəngləri qabaqlayır.
“Qarabağ”ın bu turnirdəki rəqiblərindən 6-sı cədvəldə ağdamlılardan geri qalır. Yalnız “Ayntraxt” “Qarabağ”dan irəlidədir.