Barriosa 4 nəhəngdən maraq
“Mançester Yunayted” “Atletiko”nun 23 yaşlı yarımmüdafiəçisi Pablo Barriosun transfer imkanlarını öyrənmək üçün qarşı tərəfə müraciət edib.
Msport.az xəbər verir ki, ispaniyalı futbolçu PSJ-nin baş məşqçisi Luis Enrikenin də böyük rəğbətini qazanıb.
Eyni zamanda “Arsenal” və “Liverpul” da onun komandadakı vəziyyətini diqqətlə izləyir. Barriosun “Atletiko” ilə 2030-cu ilə qədər müqaviləsi var və müqavilədə 500 milyon avroluq sərbəstqalma maddəsi yer alır.
Madrid təmsilçisi gənc yarımmüdafiəçini satmaq niyyətində deyil və gələcək təklifləri rədd etməyə hazırlaşır.







