Emeri ilə görüş oldu – Müqavilə üçün
“Aston Villa” baş məşqçisi Unai Emeri ilə müqaviləni uzatmağa hazırlaşır.
Msport.az xəbər verir ki, Birmingem təmsilçisi ispaniyalı mütəxəssisin 2029-cu ilə qədər qüvvədə olan müqaviləsini daha uzun müddətə yeniləmək niyyətindədir.
Klub rəhbərliyi 55 yaşlı məşqçiyə maaş artımını da nəzərdə tutan daha sərfəli maliyyə şərtləri təklif etməyi planlaşdırır. Dünən tərəflər arasında ilk görüş də olub.
Klubun bu addımı digər Avropa komandalarının Emeriyə marağı ilə də əlaqələndirilir. Daha əvvəl “Mançester Yunayted”in ispaniyalı mütəxəssisi baş məşqçi postuna namizədlərdən biri kimi nəzərdən keçirdiyi bildirilmişdi.
Qeyd edək ki, Emerinin rəhbərliyi altında “Aston Villa” Avropa Liqasının qalibi olub.







