featured-image-41748

“Baş məşqçi istəyərsə, Azərbaycana gedə bilər”.

“Report”un məlumatına görə, bunu Mahaçqala “Dinamo”sunun prezidenti Hacı Hacıyev deyib.

O, Kurban Berdıyevin Azərbaycan yığmasının baş məşqçi postuna namizəd olmasına münasibət bildirib: “Bu, onun öz hüququdur. Berdıyevin “Dinamo” ilə müqaviləsi heç nəyi özündə əks etdirmir. Onu özümüzə bağlamamışıq. AFFA ilə hər hansı danışığımız olmayıb. Bunu nə Berdıyevlə, nə də başqası ilə müzakirə etmək fikrindəyəm”.

Qeyd edək ki, Kurban Berdıyev ötən ilin yayından “Dinamo”ya başçılıq edir. Komanda 37 xalla Rusiya 1-ci Liqasının lideridi.

Bənzər xəbərlər