featured-image-45880

“Elit liqalarda oynayan futbolçularımız çoxdur. Amma mən hələlik heç bir vəd vermək niyyətində deyiləm”.

Msport.az xəbər verir ki, bu fikirlər qadın futbolçulardan ibarət Macarıstan millisinin baş məşqçisi Aleksandra Sarvaşa məxsusdur.

Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan 31 yaşlı mütəxəssis B liqasında qrupu dəyərləndirib: “Həm Azərbaycanı, həm də Türkiyəni aqressiv komandalar adlandırmaq olar və onların ayrı-ayrılıqda yaxşı oyunçuları var. Bu milliləri heç vaxt qiymətləndirməmək olmaz. Biz bu matçlara tam konsentrasiya ilə hazırlaşacağıq. Azərbaycanla oyunda azarkeşlərin dəstəyinə ümid edirəm, çünki qadınlardan ibarət komandanın daha çox təbliğata və dəstəyə ehtiyacı var”.

Qeyd edək ki, Macarıstan – Azərbaycan görüşü aprelin 5-də saat 19:45-də start götürəcək.

Bənzər xəbərlər