featured-image-36801

“Sumqayıt” klubunun əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Vaqif Cavadov AFFA İntizam Komitəsi tərəfindən 2 oyunluq cəzalanmasına münasibət bildirib.

“Neftçi-2” ilə oyun bitdikdən sonra hakimin qərarına etiraz etdiyi üçün birbaşa qırmızı vərəqə alan mütəxəssis Msport.az saytına açıqlamasında qərardan narazı qaldığını gizlətməyib:

“Cəza almağım hakim qərarlarına etirazla bağlı deyil. Sadəcə, yan xətt hakiminin davranışına etirazımı bildirdim. Orada heç bir təhqir olmayıb. Sadəcə, laynsmanın davranışına münasibət bildirərkən, baş hakim qırmızı vərəqə göstərdi. Bu, normal deyil. Amma qərar qərardır. Ümid edirəm ki, bundan sonra referilər və hakim inspektorlar bunu nəzərə alarlar. Baş məşqçilərlə belə danışmaq olmaz. Etiraz varsa, bunu normal qarşılamaq lazımdır. Dərk etməlidirlər ki, bu, baş məşqçidir, hərdən emosional ola bilər.Əfsuslar olsun ki, mənim epizodum zamanı bunu görmədim”.

Bənzər xəbərlər