“Bavariya” 9 qolla qalib gəlib, “Milan” “Liverpul”a məğlub oldu
UEFA Çempionlar Liqasının yeni formatda keçirilən əsas mərhələsində birinci tura start verilib.
Msport.az xəbər verir ki, liqa mərhələsinin maraqlı oyunlardan biri İtaliyanın “Milan” və İngiltərənin “Liverpul” komandaları arasında olub. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Almaniya nəhəngi “Bavariya” doğma meydanda “Dinamo”nu (Zaqreb, Xorvatiya) 9:2 hesabı ilə darmadağın edib.
UEFA Çempionlar Liqası
I tur
“Yuventus” – PSV – 3:1
“Yanq Boys” – “Aston Villa” – 0:3
“Milan” – “Liverpul” – 1:3
“Bavariya” – “Dinamo Zaqreb” – 9:2
“Real Madrid” – “Ştutqart” – 3:1
“Sportinq” – “Lill” – 2:0
Qeyd edək ki, birinci turun digər qarşılaşmaları 18-19 sentyabrda keçiriləcək.