featured-image-38857

Almaniyanın “Bayer” klubu UEFA Avropa Liqası qrup mərhələsinin 3–cü turu çərçivəsində doğma meydanda “Qarabağ”ı qəbul edəcək.

Msport.az xəbər verir ki, Leverkuzen təmsilçisi matçdan iki gün öncə maraqlı paylaşımla diqqət çəkib. Klubun “instaqram” səhifəsi “köhlən atlar”ın qapıçısı Andrey Lunyovun fotosunu paylaşaraq “Tezliklə görüşərik” başlığını yazıb.

Rusiyalı qolkiper 2021-2023-cü illər ərzində Bundesliqa təmsilçisinin formasını geyinib.

“Bayer” – “Qarabağ” qarşılaşması 26 oktyabrda, saat 23:00-da “BAY Arena”da start götürəcək.

media-lunyov (1)

Bənzər xəbərlər