featured-image-39630

“Bakıda uçuş bir az gecikdi. Yığmanın heyəti ilə tanış olmaq üçün vaxt da var idi”.

Msport.az xəbər verir ki, bunu “Bayer”in futbolçusu Alexandro Qrimaldo İspaniya millisinə dəvət alması ilə bağlı danışarkən deyib.

28 yaşlı müdafiəçi yığmaya cəlb olunduğunu məhz hava limanında gördüyünü söyləyib: “Ailəm və dostlarımla danışa bilmədim. Almaniyaya çatanda telefonumda çoxlu mesajlar var idi. Buna çox sevindim”.

Qeyd edək ki, “Bayer 04” Bakıdakı oyunda “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edib.

Bənzər xəbərlər