featured-image-39459

“Bayer”in gücündən danışmağa ehtiyac duymuram”.

Msport.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə Almaniyanın “Bayer” klubuna qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu ərəfəsində mətbuat konfransında deyib.

26 yaşlı müdafiəçi gərgin oyun olacağını söyləyib: “Sabah bizi maraqlı oyun gözləyir. Əsas bizim onlara qarşı necə reaksiya göstərməyimizdir. Komanda olaraq əlimizdən gələni edəcəyik”.

O, “Bayer”i ötən mövsüm qarşılaşdıqları Almaniyanın digər komandası “Frayburq”la müqayisə edib: “Almaniya klubları taktiki savadları və intizamları ilə seçiliblər. Düşünürəm ki, bəzi məsələlərdə “Bayer 04” “Frayburq”dan da üstündür. Bu tip rəqiblərə qarşı daha kompakt oynayaraq nəticə qazanmaq olar”.

Qeyd edək ki, noyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” görüşü saat 21:45-də başlayacaq.

Bənzər xəbərlər