“Bayer” – “Qarabağ” oyununun biletləri bu tarixdə satışa çıxarılacaq
UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsindəki “Bayer” – “Qarabağ” matçının biletləri fevralın 27-də satışa çıxarılacaq.
Msport.az xəbər verir ki, bu barədə Leverkuzen təmsilçisi məlumat yayıb.
Biletlər saat 12:00-da onlayn qaydada və “Bay Arena”dakı fan-şopda satışda olacaq. İlk olaraq klub üzvləri və abunəçilər bu fürsətdən yararlana biləcəklər. Qiymətlər 8-50 avro aralığındadır.
Qeyd edək ki, martın 14-də reallaşacaq “Bayer” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. İlk görüş isə martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.