featured-image-43985

“Qarabağ”la və klubdakı məsul şəxslərlə yaxın, yaxşı münasibətimiz var”

Msport.az “Bild” nəşrinə istinadən xəbər verir ki, bunu “Bayer” klubunun baş direktoru Fernando Karro Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”a rəqib olmaları barədə danışarkən deyib.

Funksioner Azərbaycan çempionunun pley-offda Portuqaliyanın “Braqa” komandasını mübarizədən kənarlaşdırdığını xatırladıb: Bu rəqibi ciddi qəbul etməliyik və həmişə olduğu kimi diqqətli olmalıyıq. Uzun yoldur, lakin 1/8 finalı səbirsizliklə gözləyirik.

Qeyd edək ki, tərəflər arasındakı ilk matç martın 7-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Almaniyada gerçəkləşəcək.

Bənzər xəbərlər