featured-image-43049

“Qarabağ”ın futbolçusu Bədavi Hüseynov Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib. Onun yubiley matçı Misli Premyer Liqasının XXI turunda baş tutub.

33 yaşlı müdafiəçi “Səbail”lə səfər qarşılaşmasında meydana çıxıb. Bədavi 250 görüşdə 4 qola imza atıb.

O, Premyer Liqada iki klubun formasını geyinib. “Sumqayıt”da 26 matça çıxan futbolçu “Qarabağ”da 224-cü oyununu keçirib. Hüseynov bütün qollarını Ağdam klubunda vurub.

Qeyd edək ki, Bədavi Azərbaycan çempionatında 2011/12 mövsümündə debüt edib. “Sumqayıt”ın müdafiəçisi 2011-ci il sentyabrın 11-də “Qarabağ”la görüşdə (0:0) debüt edib.

Bənzər xəbərlər