featured-image-45126

“Daha artığını etməyə, möcüzəni reallaşdırmağa çox yaxın idik”.

Msport.az-ın məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə Almaniyanın “Bayer” klubuna 2:3 hesabı ilə məğlub olduqları UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

27 yaşlı müdafiəçi gələcəkdə avrokuboklarda daha çox irəliləyəcəklərinə inandığını bildirib: “Bu cür turnirdə belə mübarizə apardığımız üçün sevinirik. Təəssüf ki, son dəqiqələrdə qol buraxdıq. Daha çox irəliləmək üçün təcrübə lazımdır. İlk dəfə idi ki, 1/8 finalda iştirak edirdik. Bu cür oyunlar keçirərək zamanla daha da irəli getmək olar”.

Qeyd edək ki, Bakıdakı ilk oyun 2:2 hesabı ilə yekunlaşıb. İki matçın cəmində 4:5 hesabı ilə məğlub olan “Qarabağ” avrokuboklarda mübarizəni dayandırıb.

Bənzər xəbərlər