featured-image-54231

Ukraynalı qapıçı Denis Selixov maraqlı addımı ilə gündəmə gəlib.

Msport.az xəbər verir ki, qolkiper Belarusun “Slaviya-Mozır” klubuna transfer olunmaq üçün Tisa çayını üzərək keçib.

Rusiya ilə müharibə səbəbindən 60 yaşadək kişilərin Ukraynanı tərk etməsinə icazə verilmir. Selixov da ölkəni tərk etmək üçün məhz bu yola əl atıb. Hətta onun üzgəclərlə üzməyi məşq etdiyi bildirilir.

Artıq “Slaviya-Mozır”la müqavilə imzalayan qapıçının Ukraynada həbs olunacağı gözlənilir.

Bənzər xəbərlər