featured-image-62963

Azərbaycan millisi ilə yoldaşlıq görüşü keçirəcək Belarus yığması itki ilə üzləşib.

Msport.az xəbər verir ki, müdafiəçi Aleksandr Martinoviç komandanın heyətindən çıxarılıb.

Buna səbəb “Kayrat”ın kapitanının klubun heyətində zədələnməsidir. O, millinin baş məşqçisi Karlos Alosa zəng edərək, yığmada oynamağa hazır olmadığını söyləyib. 37 yaşlı mərkəz müdafiəçisinin təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Martinoviç Tacikistan və Azərbaycanla görüşlərdə komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, Belarus yığması sabah Düşənbədə Tacikistanla, martın 25-də isə Bakıda Azərbaycanla qarşılaşacaq.

Bənzər xəbərlər