featured-image-13777

Belçikalı müdafiəçi Ceyson Denayer Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Şabab Əl Əhli” klubuna keçməyə yaxındır.

Msport.az xəbər verir ki, azad agent olan futbolçu artıq tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün klubun düşərgəsinə yollanıb.

27 yaşlı Denayer 2013-cü ilin iyulunda “Mançester Siti”yə keçib. Lakin o, İngiltərə komandasının üzvü olaraq, beş il – müqavilənin bütün müddətini icarə əsasında başqa klublarda keçirib. 2018-ci ildə “şəhərlilər” Denayeri “Lion”a satıb. O, Fransa klubunda 137 matçda 8 qol vurub və 2 məhsuldar ötürmə edib.

Denayer 2015-ci ildə Belçika millisində debüt edib və 35 matçda bir dəfə fərqlənib.

Bənzər xəbərlər