featured-image-13668

“Real”ın hücumçusu Kərim Benzema La Liqanın artıq növbəti turunda meydana qayıda bilər.

Msport.az xəbər verir ki, ispaniyalı jurnalist Edu Aqirre Benzemanın zədədən artıq sağaldığını deyib.

Böyük ehtimalla, 34 yaşlı forvard çempionatın 7-ci turunda “Osasuna” ilə oktyabrın 2-də keçiriləcək matçda meydana çıxacaq.  Fransa yığmasının üzvü Çempionlar Liqasının qrup mərhələsində “Seltik”lə sentyabrın 6-da keçirilmiş oyunda (3:0) zədələnmişdi. Həmin görüşdə futbolçu 30-cu dəqiqədə əvəzlənmişdi. O vaxtdan Benzema oynamırdı.

Bənzər xəbərlər